Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Deputatlıq mandatına görə yıxılmısınız bir ananın ayağının altına, gəlin mənim...'' - FOTO

''Deputatlıq mandatına görə yıxılmısınız bir ananın ayağının altına, gəlin mənim...'' - FOTO

Tarix: 28 Yanvar 2020 13:26

Millət vəkili seçilmək istəyən bəzi adamlar, bu camaatın əl-ayağına düşüb niyə öpürsünüz? Sonrada o şəkilləri İnstaqram-da yayırsınız.

Milli.Az xəbər verir ki, bu fikri Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda bəzi deputatlığa namizədlər barədə danışarkən deyib.

Aparıcı mandat uğrunda mübarizəyə başlayan bəzi millət vəkillərinin ünvanına sosial şəbəkələrdək gülüş obyektinə çevrilən şəkilləri ilə bağlı sərt fikirlər səsləndirib:

"Ayıbdır, özünüzə hörmət eləyin. Bu günə kimi bunu etməmisiniz, bir deputatlıq mandatına görə yıxılmısınız bir ananın ayağının altına ayağını öpürsünüz. Özü də yaxşı, öpmüsən bunu, şəkili çəkib niyə yayırsan? Biri gedib əl öpür, qıraqdan şəkil çəkdirir ki, şəhid anasının əlindən öpdü. Bunu bundan qabaq öpəydiniz. Bizə sizin əl öpməyiniz lazım deyil. Siz o kresloya görə əl öpürsünüzsə, öpməyin. Siz platformanızı bizə göstərin, neyləmək istəyirsiniz. Biz bunu bilək. Bu, nə oyundur, bu, nə "maskişou"dur edirsiniz?  Əl öpmək mərasimi Türkiyədə görmüşük ki, Qurban bayramında, atalar-analar bayramında öpərlər. Bu vaxtacan öz ananızın əlini öpməmisiniz, gedib camaatın əlini öpürsünüz. Guya, siz bununla xal qazanacaqsınız?! Ayıbdır, bir az özünüzə hörmət edin. Bu, mənim şəxsi fikrimdir. İstəyir buna görə mənə cəza versinlər, istəyir tənqid esinlər... Millət vəkili olmaq üçün çıxın normal bir danışıq edin, fikirlər irəli sürün. Qapı-qapı düşüb əl öpür, şəkil çəkdirir, əl öpür, şəkil çəkdirir. Gəlin mənim də əlimi öpün".

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Hazırda deputatlığa namizədlərin sayı 1359 nəfərdir.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Deputatlıq mandatına görə yıxılmısınız ananın ayağının altına gəlin mənim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ