Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi

Tarix: 28 Yanvar 2020 14:36

Bakı. Samir Əli - Trend:

Koronavirus 2019-nCoV virusuna qarşı həyata keçiriləcək əks-epidemik tədbirlər ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) “İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Çin Xalq Respublikasında 2019-cu ilin dekabr ayında yeni aşkar edilmiş Koronavirus 2019-nCoV virusuna qarşı respublikanın sərhəd-keçid məntəqələrində və müalicə müəssisələrində təcili olaraq yerinə yetirilməli infeksion nəzarət tədbirlərindən danışıb. İclasda sözügedən virusun dünyada və respublika səviyyəsində mövcud epidemioloji vəziyyəti barədə, virusun növləri, yayılma arealı, virusun xarici mühitdə davamlılığı, xəstəlikdən mövcud ölüm səviyyəsi barədə məlumat verilib.

Qeydə alına biləcək 2019-nCoV infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, ÇXR-dən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə “103” təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından “103” təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan koronavirusla bağlı gücləndirilmiş rejiminə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ