Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı məşqçi İnna Bıstrova: Bakıda Avropa Çempionatı ən yüksək səviyyədə keçir

Rusiyalı məşqçi İnna Bıstrova: Bakıda Avropa Çempionatı ən yüksək səviyyədə keçir

Tarix: 18 May 2019 21:08

Bakı. Cani Babayeva - Trend:

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı ən yüksək səviyyədə keçir.

Bunu Trend-ə Rusiya komandasının qrup hərəkətlərində məşqçisi İnna Bıstrova deyib.

Məşqçi bildirib: "Tədbir ən yüksək səviyyədə keçirilir, mən heç bir ölkədə bu səviyyədə təşkilat və idmançıların rahatlığı üçün yaradılan şərait görməmişəm.

İ.Bıstrova vurğulayıb ki, Azərbaycanda tamaşaçılar da möhtəşəmdir: "Tamaşaçıların dəstəyi kömək edir, əsasən də Azərbaycanda. Burada tamaşaçılar yalnız öz komandalarını deyil, həm də digər komandaları yaxşı münasibət bəsləyirlər. Bizim üçün bu çox vacibdir".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiyalı məşqçi İnna Bıstrova Bakıda Avropa Çempionatı yüksək səviyyədə keçir


RƏYLƏR