Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 07:28
Bakı. Trend:
Vətəndaşlar məndən tez-tez soruşurlar, əgər bank öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, və ya yerinə yetirmirsə, onun barəsində iflas proseduruna başlamaq olarmı?
Qanunvericilik bankın iflas poseduruna başlanması üçün bir neçə əsas nəzərdə tutur. Hal-hazırda gündəmdə olan hal bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorların tələblərini ödəməyə qadir olmamasıdır.
Bankın ödəmə qabiliyyətinin itirilməsi onun müştərilərinin maliyyə vəziyyətinə təsir edən hadisədir. Bu halda qanunvericilik vətəndaşa bankın iflas prosedurunun başlanmasına dair ərizəni verməklə məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilməsini və banka ləğvedicinin təyin edilməsini imkan yaradır.
Məhkəmə Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə bir və ya bir neçə hallarda baxır:
Onlardan biri ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə Azərbaycan Respublikasının “Banklar haqqında” qanunun 62.2-ci maddəsinə uyğun olaraq kreditorlar tərəfindən verildikdə.
Qanunun 62.2-ci maddəsinə əsasən, bank öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor maliyyə bazarlarına nəzarət orqanına (Mərkəzi Bank) vəsatətlə müraciət edə bilər. Müraciət etdiyi halda maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir və həmin qərar 3 təqvim günü ərzində məhkəməyə verir.
Kreditorların ərizəsinin maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) tərəfindən rədd edilməsi onlar tərəfindən məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.
Ərizə maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) tərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Bu, o deməkdir ki, məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun hər hansı formada qaytarılmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.
Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalı və 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.
Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.
Gündəmdə olan digər hüquqi məsələlər ilə bağlı məqalələr üçün müvafiq keçiddən istifadə edə bilərsiz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin