Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 08:34
Ötən ilin dekabr ayında Almatı şəhərində qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb.
Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə şəhərin səhiyyə idarəsinin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətinin nümayəndəsi bildirib: "Bu gün "Bek Air"in qəzaya uğrayan təyyarəsini ikinci pilotu ölüb. Saat 18.00-da Təcili Tibbi Yardım Xidmətinə pilotun vəziyyətinin pisləşməsi barədə məlumat daxil olub. Təcili yardım vaxtında gəldi, ürək fəaliyyətini bərpa etmək üçün bütün reanimasiya tədbirləri həyata keçirildi, lakin uğursuz oldu".
Onun sözlərinə görə, pilot yanvarın 21-i stabil vəziyyətdə evə buraxılıb.
Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.