Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 12:30
Bakı. Trend:
Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax gəncləri də qoşulublar.
Trend-in məlumatına əsasən, qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.
Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin