Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kür çayına düşən şəxsin axtarışlarına başlanıb

Kür çayına düşən şəxsin axtarışlarına başlanıb

Tarix: 29 Yanvar 2020 13:39

Bakı. Trend:

Sabirabad sakini Kür çayına düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kür çayına düşən şəxsin axtarışlarına başlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ