Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DST koronavirusun təhlükə səviyyəsinin dəyərləndirilməsini qlobal miqyasda ''mülayim''dən ''yüksəyə'', Çin üçün isə ''çox yüksəyə'' dəyişdirib

DST koronavirusun təhlükə səviyyəsinin dəyərləndirilməsini qlobal miqyasda ''mülayim''dən ''yüksəyə'', Çin üçün isə ''çox yüksəyə'' dəyişdirib

Tarix: 29 Yanvar 2020 22:18

Dünya Səhiyyə Təşkilatı (DST) "2019-nCoV" virusunun yayılma təhlükəsi səviyyəsinin dəyərləndirilməsini qlobal miqyasda "mülayim"dən "yüksəyə", Çin üçün isə "çox yüksəyə" dəyişdirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmeyer bəyan edib. Bununla yanaşı, infeksiyanın baş qaldırması hələ "beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət" statusu almayıb.

Bu günə olan məlumata görə, Çində 5974 nəfər koronavirusa yoluxub, onlardan 132-si həyatını itirib. Çinin hüdudlarından kənarda - 13 ölkədə 45 təsdiqlənmiş hal qeydə alınıb. DST təmsilçisinin sözlərinə görə, təsirli epidemioloji tədbirləri qəbul etməkdən ötrü xəstəliyə tutulan insanın yoluxmadan sonra hansı mərhələdə ətrafdakılar üçün təhlükəli olmasını başa düşmək vacibdir. Hazırda alimlər inkubasiya dövrünün, - yəni yoluxan dəqiqədən əlamətlərin əmələ gəlməsi anınadək, - 1-14 gün çəkməsi ilə razıdırlar. Onlar hesab edirlər ki, insan xəstəliyin simptomların bilinmədiyi mərhələsində onu digərlərinə keçirə bilər. Lakin bunda tam əminlik yoxdur, əlavə tədqiqatlara ehtiyac tələb olunur.

Xəstəlik, əsasən, hava-damcı yolu ilə ötürülür. Lakin virus bir müddət əşyaların səthində aktivliyini qoruyub saxlayır. Əşyaların səthinə düşən virusun hansı zaman kəsiyində təhlükəli olması hələ ki, məlum deyil. Lakin DST-də bu dövrün azı 30 dəqiqə davam etdiyini bildirirlər.

DST-də xatırladırlar ki, koronavirus qrip tutulmasına bənzər simptomlar əmələ gətirir. Məişət səviyyəsində hər iki infeksiyadan geniş yayılmış tədbirlər vasitəsilə müdafiə olunmaq mümkündür. Bu sıraya əlləri yaxşıca yumaq, xəstələrlə təmas zamanı ehtiyat tədbirlərindən istifadə etmək və s. daxildir.

DST-nin baş direktoru Tedros Adhanom Gebreyesus və ÇXR-in Sədri Si Cinpin yeni koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Bu gün Pekində təşkil olunan görüşdə DST-nin digər nümayəndələri də iştirak edib. Təşkilatda Çinin epidemioloji xidmətlərinin hazırlığını, xüsusən də epidemiyanın episentri olan Vuhan şəhərində tətbiq olunan operativ yanaşma tədbirlərini yüksək qiymətləndirirlər.

DST Daha təsirli epidemioloji tədbirlərin işlənib hazırlanmasından ötrü yeni koronavirusun xüsusiyyətlərinin öyrənilməsi üçün Çinə texniki dəstək verməyi davam etdirir.

İnfeksiya mənbəyi hələ aşkarlanmayıb. Alimlər mətbuatda yayılan müxtəlif şayiələri hələ təsdiqləmirlər. Xəstəliyin ağırlığına gəlincə, bir çox hallarda söhbət mülayim simptomatikanın təzahüründən gedir. Yalnız yoluxanların beşdəbirində xəstəlik ağır keçir.

Qeyd edək ki, Azərbaycanda bu virusa yoluxma halı müşahidə olunmayıb.


Etiketlər:  koronavirusun təhlükə səviyyəsinin dəyərləndirilməsini qlobal miqyasda mülayimdən yüksəyə Çin üçün isə çox yüksəyə dəyişdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ