Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın sabiq futbolçusu İtaliya klubunda

“Qarabağ”ın sabiq futbolçusu İtaliya klubunda

Tarix: 30 Yanvar 2020 21:14

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, isveçli hücumçu karyerasını İtaliyanın "Krotone" klubunda davam etdirəcək. B Seriya klubu 29 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, B Seriyasında çıxış edən "Benevento" Armenterosu daha öncə MLS təmsilçisi "Portlend Timbers" klubuna icarəyə vermişdi.

Xatırladaq ki, Armenteros 2015/16 mövsümündə "Qarabağ"da oynayıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub. Samuel 2017-ci ildə İsveç yığmasında dəvət almışdı.

Milli.Az


Etiketlər:  Qarabağın sabiq futbolçusu İtaliya klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ