Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 13:15
Bakı. Trend:
Goranboy şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.
Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin