Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Goranboyda “VAZ” 5 yaşlı uşağı öldürdü

Goranboyda “VAZ” 5 yaşlı uşağı öldürdü

Tarix: 31 Yanvar 2020 15:34

Goranboy şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, yanvarın 30-da saat 18 radələrində Goranboy şəhəri ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən 5 yaşlı Ayaz Salehovu vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Goranboyda yaşlı uşağı öldürdü


RƏYLƏR