Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 15:50
Bakı. Trend:
64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Ramin Məmmədov seçicilərlə görüşlərini davam etdirir.
Trend-in məlumatına görə, R.Məmmədov növbəti görüşünü Sabirabad rayonunun Şıxsalahlı və Osmanlı kənd sakinləri ilə keçirib. Seçicilərin böyük maraq göstərdiyi görüşdə Ramin Məmmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı haqqında geniş danışıb.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.
Onlar deputatlığa namizəd Ramin Məmmədova dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, onlar Ramin Məmmədovun onların etimadını doğruldacağına inanırlar və ona görə də fevralın 9-da Ramin Məmmədova səs verəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin