Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 21:00
Fransada koronavirusa qarşı peyvənd hazırlanacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Pasteur İnstitutunun professoru Kristof Denfert jurnalistlərə bildirib.
O qeyd edib ki, peyvəndi 20 ay ərzində əldə etmək mümkün olacaq.
Xatırladaq ki, Çində koronovirusdan ölənlərin sayı 213-ə, virusa yoluxanların sayı isə 9692-yə çatıb. Virusa yoluxma halları artıq 20-yə yaxın ölkədə qeydə alınıb.