Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 10:08
Bakı. Samir Əli - Trend:
Ölkə ərazisində baş verən güclü külək Göyçayda ciddi fəsadlar törədib.
Bu barədə Trend-də Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.
Onun sözlərinə görə, əsən güclü külək nəticəsində çoxlu sayda ağaclar qırılıb: "Ağacların əksəriyyəti evlərin hasarlarına, avtomobil yollarına aşaraq ciddi maneələr yaradıb. Bir neçə evin dam örtüyü uçub, bir çardaq və bir avtomobil qarajının üzərinə ağac düşüb".
Komissiya sədri deyib ki, kəndlərin 80 faizində elektrik enerjisinin verilişi dayanıb: “Demək olar ki, rayonun 70-80 faizində elektrik xətləri qırıldığı üçün hazırda işıq yoxdur".
Hazırda komissiya yerlərdə ev və obyektlərə baxış keçirir, dəymiş ziyan müəyyənləşdirilir. Xoşbəxtlikdən insan tələfatı baş verməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin