Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 14:36
Liqa 1-in dünən keçirilən PSJ – “Monpelye” oyununda (5:0) baş hakim Jerom Brizarın verdiyi qərar təəccübə səbəb olub.
Qol.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Neymar etdiyi bir uğurlu texniki fəndə görə sarı vərəqə ilə cəzalandırılıb. PSJ-nin müdafiəçisi Presnel Kimpembenin sözlərinə görə, hakim bu fəndi qeyri-idman hərəkəti kimi dəyərləndirdiyi üçün belə addım atıb.
Neymar özü başda olmaqla PSJ-li futbolçular qərara etiraz ediblər. Braziliyalı oyunçu fasilə zamanı da bununla bağlı hakimə narazılığını bildirib.