Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şagirdlərin davranış pozuntuları ilə bağlı təlimlər keçiriləcək

Şagirdlərin davranış pozuntuları ilə bağlı təlimlər keçiriləcək

Tarix: 3 Fevral 2020 12:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün yeni təlimlərə start verilib.

İdarədən Trend-ə verilən məlumata görə, “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində təşkil olunan təlimlər Bakı şəhərinin 12 rayonu üzrə bütün ümumi təhsil məktəblərini əhatə edəcək.

“Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlim ilk olaraq Qaradağ və Səbail rayonlarını əhatə edib.

Qeyd edək ki, BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdir.

Təlimlərin fevral ayı boyu davam etdirilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şagirdlərin davranış pozuntuları ilə bağlı təlimlər keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ