Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 14:44
Bakı. Eldar Canaşvili - Trend:
Azərbaycanda aqrar sektorda qadın sahibkarların sayının artması bir çox amilə müsbət təsir göstərəcək.
Trend-in məlumatına görə, bunu “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə heyətinin sədri Leyla Məmmədova Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı deyib.
O bildirib ki, qadınların iqtisadi imkanlarının inkişafı proqramına daxili bazarda onların rəqabətqabiliyyətliliyinin artması bərabər iqtisadi imkanların və hüquqların təmin olunması, eləcə də resursların idarə olunması və texniki kömək daxildir.
L.Məmmədovanın sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edilib və bu səfərlər çərçivəsində aqrar sektorda məşğul olan qadınların sayının, eləcə də bununla bağlı müraciətlərin artması qeydə alınıb. Səfərlər zamanı 500-dən çox qadınla görüşlər keçirilib.
Bir il ərzində müraciətlər nəzərdən keçiriləcək və daha sonra müraciət edən qadınlar üçün xüsusi proqramlar hazırlanacaq. 2021-ci ilin sonunadə təxminən 200 qadın müəyyən texniki avadanlıqla təmin olunacaq və kənd təsərrüfatında sahibkar qismində fəaliyyətini davam etdirmək üçün onlara təlim keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin