Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 17:18
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyin edilib.
O, bundan əvvəl BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl V.Eyvazov əmrinə əsasən, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.