Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 21:34
"Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb".
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.
Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq.