Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən çox barmağına sahib ''cadugər'' qadın - FOTO

Dünyanın ən çox barmağına sahib ''cadugər'' qadın - FOTO

Tarix: 3 Fevral 2020 23:10

Doğuşdan xəstəliklə dünyaya gələn qadını görünüşünə görə cadugər adlandırırlar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Kumari Nayak nadir görülən xəstəlikdən əziyyət çəkir. Hindistanlı qadının əlləri və ayaqlarında ümumilikdə 31 barmağı var. Barmaqların 19-u ayaqda, 12-si isə əllərindədir. O dünyanın ən çox barmağı olan şəxsi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Qadının gündəlik həyatı onun xəstəliyinə görə xeyli çətinləşib. O, vəziyyətinə görə ömür boyu evdə qalmağa məcbur olub. Onun tibbi yardım almağa gücü olmayıb. Qonşuları isə onun görünüşündən qorxur və onu küçədə görəndə qaçırlar. Onlar Kumarinn batil inanclarına görə cadugər olduğuna inanırlar.

Haqqında mediada yazılar dərc olunduqdan sonra, Hindistan hökuməti ona ev və maaş təklif ediblər. Bundan əlavə hökumət qonşuları maarifləndirərək Kumarinin görünüşünün əslində tibbi bir xəstəlik səbəbindən olduğunu başa salır.

Milli.Az


Etiketlər:  Dünyanın çox barmağına sahib cadugər qadın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ