Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” böyük məbləğdə cərimələnib

“Apple” böyük məbləğdə cərimələnib

Tarix: 4 Fevral 2020 07:44

Los-Anceles Məhkəməsi "Apple" və "Broadcom" şirkətlərini "wi-fi" texnologiyası üzrə dörd patent hüququnun pozulmasına görə 1,1 milyard dollar məbləğində cərimələyib. Bu məbləğ tarixdə patent mübahisələri ilə bağlı işlərdə ən böyük cərimələrdəndir. Qərara görə, "Apple" 837 milyon dollar, "Broadcom" 270 milyon dollar ödəyəcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, iddiaçı qismində "iPhone", "iMac", "iPad", "HomePod", "AirPort" və "Apple Watches" qurğuları üçün mikroprosessorlarda istehsalçı şirkət "Broadcom" tərəfindən patentləşdirilmiş texnologiyaların istifadəsini aşkarlayan Kaliforniya Universiteti çıxış edib.

Məhkəmə dinləmələri 2016-cı ildən davam edib. İddiaçının nümayəndələri məhkəmənin qərarından razı qalaraq hakimlərin işə diqqətlə yanaşdığını qeyd ediblər. Həmçinin vurğulanıb ki, qeyri-kommersiya təşkilatı olan universitetin tədqiqatların davam etdirilməsi üçün pul vəsaitlərinə ehtiyac duyması ilə əlaqədar intellektual mülkiyyətini qoruyur.

Hər iki şirkət qərardan şikayət verəcəyini bəyan edib. "Broadcom" nümayəndələrinin sözlərinə görə, onlar qərar üçün faktiki və qanuni əsaslarla razı deyillər. Öz növbəsində "Apple" nümayəndələri məsələyə münasibət bildirməkdən imtina etsələr də, məhkəmə dinləmələri zamanı şirkət tərəfindən "Broadcom" məhsullarının satın alınmasına görə ittihamın onlara aid olmadığını qeyd ediblər.


Etiketlər:  Apple böyük məbləğdə cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ