Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 10:50
Türkiyənin Manisa şəhərində 5 dəqiqə ərzində 5 dəfə zəlzələ baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun birgə məlumatında qeyd olunub.
İlk yeraltı təkan Türkiyə vaxtı ilə saat 04:27-də 4 bal gücündə qeydə alınıb. Daha sonra saat 04:28-dən 04:32-yə qədər 4 dəfə 3.4 maqnitudalı zəlzələlər olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.