Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 12:36
"Çelsi"də qapıçı Kepa Arrisabalaqa ilə bağlı fikir ayrılığı yaranıb.
Qol.az "Mirror"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Frank Lempard ispan qapıçının satılmasını istəsə də, klub rəhbərliyi buna narazıdır.
Belə ki, ingilis mütəxəssis 25 yaşlı qolkiperin son oyunlardakı uğursuz çıxışı səbəbindən ona olan inamını itirib. Buna görə o, Kepanın satılmasını istəyir.
"Çelsi" rəhbərliyinin isə K.Arrisabalaqanı satmağı düşünmədiyi vurğulanıb. Bildirilib ki, klubun idman direktoru Marino Qranovski iki il əvvəl 80 milyon avroya alınan qapıçının satılmasını istəmir.
Qeyd edək ki, Lempardın bu mövsümün sonuna kimi Arrisabalaqanı oynatmayacağı iddia olunur.