Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mayk Blumberq: “Bir nömrəli prioritet Donald Trampdan qurtulmaqdır''

Mayk Blumberq: “Bir nömrəli prioritet Donald Trampdan qurtulmaqdır''

Tarix: 4 Fevral 2020 21:22

Nyu-York şəhərinin keçmiş meri, milyarder Mayk Blumberq prezident seçkilərində Demokrat namizədlər arasında debatlarda iştirak etməyən yeganə namizəddir. Amerikalılar onun gündəliyi və platforması haqqında özü özünü maliyyələşdirdiyi siyasi reklamlardan öyrənir. Bu yaxınlarda Blumberq Harlemdə kampaniyasının Nyu-York ştatında ilk postu olacaq yeni ofisini açıb.

Mayk Blumberqin yeni ofisi burada, Nyu-York şəhərinin Harlem məhəlləsindəki 125-ci küçədə yerləşir. Ofisin təmir işləri tam başa çatmasa da artıq rəsmi açılış olub. "Mən yaxınlıqda yaşayıram, mən onun buraya yerləşdiyini görürəm. Bu yaxşı haldır, o, icmaya daha yaxın olacaq. Mən Kamala Harrisin kampaniyasında fəal iştirak edirdim, təssüflər olsun ki, kifayət qədər fəal olmadığı üçün kampaniyasını dayandırmalı oldu. Görək bu dəfə necə olacaq" deyə, Harlem sakini bildirir.

Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, Demokrat Partiyasının prezidentliyə rəsmi namizədi olması üçün Blumberqin ilkin seçkilərdə qaradərili süçicilərin səslərinə əhəmiyyətli dərəcədə ehtiyacı olacaq.

Nyu-York şəhərinin meri olarkən Blumberq admninistrasiyasının "Stop & Frisk" siyasəti - silah və qaçaqmalçılığın qarşısını almaq məqsədilə polisə axtarış aparmağa icazə verən qanun xüsusi olaraq azlıqları hədəf aldırdı. Və bu siyasət - axtarışların həyata keçirilməsi üsulu Nyu-Yorkun Federal Məhkəməsi tərəfindən konstitusiyaya zidd hesab edilirdi.

Blumberq prezident yarışına qatıldıqdan sonra keçmiş hərəkətlərinə görə üzr istəyib. Onun sözlərinə görə, indi onun ən böyük hədəfi prezident Donald Trampı dayandırmaqdır. "Bir nömrəli prioritet Donald Trampdan qurtulmaqdır. Mən bütün pullarımı Donald Trampdan xilas olmaq üçün xərcləyirəm. Daha çox və ya az xərcləməyimi istəyirsiniz? " deyə, o bildirir.

Blumberq artıq televiziya reklamlarına on milyonlarla pul xərcləyib və ABŞ prezidentliyi uğrunda mübarizədə şəxsi vəsaitlərindən bir milyard dollara qədər pul xərcləməyə hazırdır.​ O, orta hesabla gündəlik kampaniyasına təxminən 3 milyon dollar xərcləyir.

Lakin çoxları Blumberqin strategiyasını "demokratiyanı satın almaq" kimi görür. Harlem sakini: "Bizə pul lazım deyil, bizə lider lazımdır. Bizi yaxşı həyata aparacaq şəxs lazımdır. Blumberq pulun onu həmin yerə qoyacağını düşünür".

Ancaq siyasi məsləhətçi Hank Şeynkopf Blumberqin bu mərkəzçi mövqeyinin işə yaraya biləcəyini deyir. "Mayk Blumberq təsadüfən qərar vermir, o, çox düşüncəlidir, o, mühəndisdir. Əgər o bunu edirsə, deməli bir fikri var. Qalib gələ bilməsə belə seçkinin nəticəsinə təsir edəcəyinə əmindir."

Blumberqin Demokratların ilkin debatlarında iştirak etməməsinə baxmayaraq, o, səs qazanmağa başlayıb. Sorğulara görə o, hazırda Co Bayden, Berni Sanders, Elizabet Vorren və Pit Buticecdən sonra beşinci ən populyar Demokrat namizəddir.

Blumberq eləcə də kiçik məhkəmə işlərini televiziya şousunda nümayiş etdirən məşhur amerikalı hakim Cudidən böyük dəstək alıb.


Etiketlər:  Mayk Blumberq nömrəli prioritet Donald Trampdan qurtulmaqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ