Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sakit okeanının artan turşu səviyyəsi yengəclərin qabığını əridir

Sakit okeanının artan turşu səviyyəsi yengəclərin qabığını əridir

Tarix: 4 Fevral 2020 23:20

Okean və Atmosfer Milli Assosiasiyası (NOAA) tərəfindən aparılan bir araşdırma, Sakit okeanındakı turşu səviyyəsinin sürətlə artdığını göstərir. Turşu səviyyəsinin artması, yengəc qabıqlarının əriməsinə səbəb olur.

Dünya okeanları, atmosferə atılan CO2 təxminən 30%-nı sourur. Atmosferdəki CO2 səviyyəsinin artması, sulardakı turşu səviyyəsinin artmasına səbəb olur və bu vəziyyət, canlıların həyatına mənfi təsir edir. Son dövrdə aparılan yeni bir araşdırma, okean turşulaşmasının Sakit okeanındakı Dangenes yengəclərinin qabıqlarını əritdiyini göstərdi.

Nəticələr sürpriz deyil, ancaq araşdırmaçılar, yengəclərdəki ziyanın gözləniləndən erkən reallaşdığını və turşu səviyyəsindəki artımın yengəclərə bu qədər sürətli zərər verəcəyini təxmin edə bilmədiklərini ifadə etdi.

Dəniz canlılarına gələn zərər, yalnız Sakit ekosistemini təsir etməyəcək, eyni zamanda Sakit okeanın şimal-qərb hissəsində şəhərlərin iqtisadiyyatları da bundan təsirlənə bilər.


Etiketlər:  Sakit okeanının artan turşu səviyyəsi yengəclərin qabığını əridir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ