Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nejdət Ünüvar: "Parlament seçkiləri Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək"

Nejdət Ünüvar:

Tarix: 5 Fevral 2020 13:36

Azərbaycanda parlament seçkiləri demokratik şəraitdə keçiriləcək və ölkənin daha da inkişafına önəmli təkan verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Nejdət Ünüvar deyib.

Hər bir seçkinin ölkənin güclənməsi baxımından olduqca vacib olduğunu vurğulayan Nejdət Ünüvar bildirib: "Azərbaycanda keçirilən hər seçki ölkəni həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan daha da gücləndirir. Bundan əlavə, hər seçki yenilənmə, xalqdan yenidən dəstək almaq deməkdir. Əminəm ki, bu seçkilər Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək".

Azərbaycanın coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyini qeyd edən N.Ünüvar ölkəmizin dünyanın enerji təchizatında önəmli aktorlardan biri olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Nejdət Ünüvar Parlament seçkiləri Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ