Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 19:56
Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Cavidan Əlizadə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, C. Əlizadə bundan əvvəl Sabunçu rayon polis idarəsinin baş müstəntiqi vəzifəsində işləyib.