Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş sürücü “BMW” ilə bara girdi - VİDEO

Sərxoş sürücü “BMW” ilə bara girdi - VİDEO

Tarix: 5 Fevral 2020 20:00

Rusiyanın Kalininqrad şəhərində sərxoş sürücünün avtomobillə mini bara girmə görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident fevralın 2-də səhər saatlarında Levitana küçəsində baş versə də görüntülər bu gün yayımlanıb.

Kadrlarda, mini barın içərisində müştərilərin olduğu və qəfildən şüşələri sındıraraq içəriyə "BMW" markalı avtomobilin daxil olduğu görülür.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Bildirilir ki, qəzadan sonra sürücü hadisə yerindən qaçmağa çalışıb, ancaq hadisə yerinə gələn polis əməkdaşları imkan verməyib. Nəticədə aparılan yoxlama zamanı onun sərxoş olduğu müəyyən olunub.

Milli.Az


Etiketlər:  Sərxoş sürücü ilə bara girdi VİDEO


RƏYLƏR