Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 22:52
"Google" avtomatik olaraq istifadəçinin ən yaxşı şəkillərini seçib çap edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Google" şirkətinin nümayəndələri "Google Photo" bölməsinin yeni funksiyasını sınaqdan keçirirlər.
Yeni funksiya vasitəsilə istifadəçinin ən yaxşı şəkilləri avtomatik çap edilib ünvanına göndəriləcək. Sözügedən funksiya ödənişlidir. Xidmətdən yararlanmaq istəyənlər aylıq 7,99 ABŞ dolları miqdarında abunə pulu ödəməlidirlər.
Bu abunə hər ay "Google" tərəfindən avtomatik seçilərək çap olunan ən yaxşı fotoşəkillərin 10 nüsxəsini əldə etməyə imkan verir. Xüsusi alqoritm istifadəçinin son 30 gündə çəkdiyi şəkilləri seçir.