Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

''Neftçi'' “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

Tarix: 6 Fevral 2020 00:22

"Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığını davam etdirir.

Qol.az klubun saytına istinadən komanda üzvləri ötən gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 8-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 20:00-da başlanacaq.

 


Etiketlər:  Neftçi Qarabağla oyuna heyətlə hazırlaşır


RƏYLƏR