Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya ekoloqları hökumətə təzyiqi artırırlar

Almaniya ekoloqları hökumətə təzyiqi artırırlar

Tarix: 6 Fevral 2020 07:50

Almaniyada ekologiya fəallarının ətraf mühitin çirklənməsi əleyhinə hərəkatı genişlənir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, əhalinin qazıntı enerji daşıyıcıları ilə işləyən elektrik stansiyalarından istifadə ilə bağlı etirazları son vaxtlar çoxalıb. Bu günlər bütün ölkə ərazisində keçirilən nümayişlərin iştirakçıları hakimiyyət orqanlarından bu növ təbii enerji xammalından istifadəni dayandırmağı tələb edirlər. Məsələn, bu yaxınlarda bir qrup fəal daş kömürlə işləyən yeni elektrik stansiyasının ərazisinə daxil olaraq orada öz plakatlarını yerləşdirib.

Onları hiddətləndirən budur ki, həmin elektrik stansiyasının işə salınması haqqında qərar hökumətin 2038-ci ilə qədər kömür energetikasından imtina etmək planlarına ziddir. Hakimiyyət orqanları isə yeni stansiyaların qabaqcıl texnologiyalar əsasında tikilməsi və ekoloji təmiz olması barədə təminatları rədd ediblər.


Etiketlər:  Almaniya ekoloqları hökumətə təzyiqi artırırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ