Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə tələbələrin 40 faizi çalışır

Bu ölkədə tələbələrin 40 faizi çalışır

Tarix: 6 Fevral 2020 08:20

Macarıstanda tələbələrin 40 faizi asudə vaxtlarında çalışır. Sadə dildə bu cür praktika "əlavə qazanc" adlanır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəmi Macarıstanın Əmək Resursları Nazirliyi açıqlayıb.

Hələ 10 il əvvəl hər on tələbədən biri təhsil almaqla yanaşı, həm də işləyirdi. Göründüyü kimi, 10 il ərzindən belə tələbələrin sayı dörd dəfə artıb. Maraqlısı budur ki, ölkədə ali məktəb tələbələrinin sayı azalıb, ali təhsil ocaqlarında davamiyyət qaydalarının sərtləşdirilməsi isə ona gətirib çıxarıb ki, tələbələrin işləmək üçün asudə vaxtı, demək olar, qalmayıb.

Nazirlikdən onu da bildiriblər ki, tələbə işçilər axtaran şirkətlərin də sayı durmadan artır.


Etiketlər:  ölkədə tələbələrin faizi çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ