Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 09:54
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Bakıda koronaviruş şübhəsilə xəsəxanaya yerləşdirilən şəxslərlə bağlı birgə məlumat yayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.
Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".
Qeyd edək ki, ötən gün yayılan məlumata görə, adıçəkilən tibb mərkəzinə 7 nəfər yerləşdirilmişdi.