Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Psixoloq yanına gedib dərdimi danışmağa qorxuram, şantaj edər məni'' - FOTO

''Psixoloq yanına gedib dərdimi danışmağa qorxuram, şantaj edər məni'' - FOTO

Tarix: 6 Fevral 2020 14:15

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda psixloqlarla bağlı tükürpədici açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Milli.Az xəbər verir ki, Tolik ölkəmizdə psixoloq kimi fəaliyyət göstərən adını açıqlamadığı bəzi şəxslərin şantajla məşğul olduğunu deyib.

Aparıcının bu açıqlamasını müğənni Bahar Lətifqızı, şairə Cığatel və digərləri də dəstəkləyiblər:

"Azərbaycanda yaxşı psixoloqlar var. Psixoloq yanına gedib dərdimi danışmaq istəmirəm. Qorxuram ki, şantaj edər məni. Mən həkimlərimizin yaxşılarını çox dəstəkləyirəm, amma bəzi psixoloqlarımız var ki, onlar insanları şantaj etməklə məşğul olurlar. Dərdini deyirsən, sonra da sənə çevirirlər". 

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Psixoloq yanına gedib dərdimi danışmağa qorxuram şantaj edər məni FOTO


RƏYLƏR