Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 17:56
"Real"ın futbolçusu Toni Kroos komandadakı gələcəyi haqda danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi "kral klubu" ilə sözləşməsinin müddəti bitəndən sonra komandada qalıb-qalmayacağına qərar verəcəyini bildirib: "Mən 38 yaşına qədər oyanayanlardan deyiləm. "Real"la 3 il yarımlıq- 2023-cü ilin yayınadək müqaviləm var. Sözləşmənin müddəti bitəndə artıq 33 yaşım olacaq. Nə edəcəyimi düşünmək üçün yaxşı zamandır. Karyeramın sonuna çox vaxt qalmayıb".
Qeyd edək ki, T.Kroos 2014-cü ildən "Real"ın formasını geyinir.