Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 19:15
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters Bakıda strateji sabitlik və böhran bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, hərbi rəhbərlər strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımları müzakirə ediblər.