Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 20:08
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin "İxrac ili" elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Sərəncamda deyilir:
"Muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin edib, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artıb, yeni sənaye müəssisələri yaradılmış və yerli istehsalın həcmi çoxalıb.
Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri edib.
Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib.