Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 07:28
Yunanıstanda 2 fevral tarixinə olan məlumata əsasən mövsümi qripdən 38 nəfər ölüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli SəhiyyəTəşkilatı xəbər yayıb.
Bildirilir ki, ancaq son bir həftə ərzində qripdən dünyasını dəyişənlərin sayı 17 olub.
Mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin 40-cı həftəsindən 2020-ci ilin 5-ci həftəsinə (27 yanvar-2 fevral) qədər laboratoriya tərəfindən təsdiqlənmiş 151 ağır qrip hadisəsi qeydə alınıb, 136 nəfər reanimasiya şöbələrinə yerləşdirilib. Bu xəstələrdən yalnız 55-nə (36.4 faiz) qripə qarşı peyvənd edilib.
Mövsümi qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.