Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 09:00
Güclü külək nəticəsində paytaxtda 10-a yaxın ağaca ziyan vurulub.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə dünən axşam saatlarından başlayan güclü külək ümumilikdə 10-a yaxın ağacın aşmasına səbəb olub:
"Güclü külək paytaxtın Nəsimi, Nizami, Yasamal, Xətai rayonlarında ciddi fəsadlara yol açıb. Hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları səhərə qədər ərazilərdə aşmış və qəzalı vəziyyətdə olan ağacların yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görür".