Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah” “Qəbələ”yə, “Keşlə” “Səbail”ə qarşı

“Sabah” “Qəbələ”yə, “Keşlə” “Səbail”ə qarşı

Tarix: 7 Fevral 2020 12:00

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Turun açılış matçında "Sabah" doğma azarkeşləri qarşısında "Qəbələ"ni qəbul edəcək. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Keşlə" isə autsayder "Səbail"i sınağa çəkəcək.

Tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq. Əvvəlcə "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Lider "Qarabağ" 8 xal üstün olduğu "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan Premyer Liqası, 16-cı tur

7 fevral

"Sabah" - "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena", 19:00

"Keşlə" - "Səbail"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena", 21:00

Milli.Az


Etiketlər:  Sabah Qəbələyə Keşlə Səbailə qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ