Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 16:46
Bir neçə ay əvvəl oğul anası olan Hazal Kaya hamiləlikdə aldığı artıq çəkidən danışıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, aktrisa ötən gün məşhur modelyer Özgür Mansurun dəfiləsində iştirak edib. O, çıxışda jurnalistlərin suallarına cavab verib:
"Atasına bənzəyir. Sakit uşaqdır. Həyatımızın ən xoşbəxt dövründəyik . Doğuşdan sonrakı vaxt çox xüsusi dövrdür. Qadın olaraq bədənimizin etdiyinə inana bilmirik. Hesab edirəm ki, kişilərin bunu başa düşməsi çox çətindir. Kökəlib arıqlamaq haqqında düşünmürəm. Bütün diqqət uşağa, onun sağlamlığına və qidalanmasına yönəlib. İstəmərəm ki, qadınlar ana olduqdan sonra bədənlərinə görə özlərini narahat hiss etsinlər. Belə bir şey hiss etmirəm. Məncə, uşaq dünyaya gətirmək bədənimin etdiyi ən möcüzəvi hadisədir. Artıq çəkilər bəsit mövzulardır. Tövsiyə edirəm ki, bu mövzular müzakirəyə çıxarılmasın. Hamiləlik çəkisi önəmli məsələ deyil, heç bir dəyəri yoxdur. Çəki nədir ki? Önəmli olan uşaqlarımızın sağlamlığıdır".