Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 22:22
Macarıstanın şort-trek üzrə Olimpiya çempionu Çaba Buryan bir il müddətinə oyunlardan diskvalifikasiya edilib. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun sosial şəbəkədə Çini təhqir etməsi olub.
Belə ki, 2019-cu ilin dekabrında Şanxaydan uçan Buryan reysi çox gözləməsi səbəbindən İnstaqramda foto paylaşıb və "Lənətə gəlmiş Çin" sözlərini yazıb. Macarıstanın Şort-trek Federasiyasının fikrinə görə, idmançı intizam və etik pozuntulara yol verib. Bu səbəbdən o, 12 ay müddətinə oyunlardan kənarlaşdırılıb.
Bu müddət ərzində Buryan milli komandanın yarış və məşqlərində iştirak edə bilməyəcək. İnsident səbəbindən yığmanın baş məşqçisi istefa vermək istəsə də, federasiyada onun xahişini qəbul etməyiblər.