Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 08:08
Google Xəritələr (Google Maps) demək olar ki, ən çox istifadə edilən xəritə və naviqasiya sistemidir. Ölkəmizdə hər nə qədər istifadə olunmasa da, xarici ölkələrdə nəqliyyat yollarındakı trafikləri göstərə bilmə funksiyasına malikdir. Almaniyada bir adam 2-ci əl aldığı 99 telefon ilə Google Xəritələri manipulyasiya edərək bu funksiyanı öz istədiyi kimi idarə etdi.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, Berlində yaşayan Simon Beckert, aldığı 99 telefon ilə Google Xəritələri manipulyasiya edərək süni nəqliyyat sıxlığı yaratdı.
Google Xəritələr nəqliyyat yolundakı sıxlığı təyin etmək üçün operatorların stansiyalarından gələn siqnalları və GPS məlumatları istifadə edir. Yəni əgər bir bölgədə çoxlu cihaz aktivdirsə,deməli o bölgədə nəqliyyat sıxlığı var. Əlbəttə bu biraz sadə səslənsə də, işləmə prinsipi biraz daha həssasdır. Bu günə qədər problemsiz işləyən bu funksiyanın necə də asanlıqla manipulyasiya ediləyəcini Simon Beckert göstərdi. Aşağıda isə videonu izləyə bilərsiniz.