Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllı sakini təbiətə 7800 manat ziyan vurdu, sənədlər prokurorluğa verildi

İsmayıllı sakini təbiətə 7800 manat ziyan vurdu,  sənədlər prokurorluğa verildi

Tarix: 8 Fevral 2020 14:00

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri M.Orucov 124 ünvanında 12 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən ərazinin mülkiyyətçisi İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub, faktla bağlı akt tərtib edilib və təbiətə 7800 manat məbləğində ziyan dəyib.

Məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib.


Etiketlər:  İsmayıllı sakini təbiətə 7800 manat ziyan vurdu sənədlər prokurorluğa verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ