Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 12:28
Sənan Qurbanov və onun yetirmələri Nuh peyğəmbərin ayaq basdığı müqəddəs torpaqda Azərbaycan kubokunu başları üzərinə qaldırdılar. Və Avropaya gedən yolların qapısını təpiklə vurub açdılar.
Gözəl oyun oldu. "Sumqayıt" da kuboka layiq idi, amma bu "Qəbələ"nin haqqı idi. Üç dəfə finalda kuboku əldən vermişdi, yəni "Qəbələ" bu kuboka təşnə idi. Futbolçular həm öz təşnələrini yatırtdılar, həm də fanatlarının ürəklərinə və bütün "Qəbələ"sevərlərin ürəklərinə elə Qəbələnin buz bulaqlarının suyunu səpdilər.
"Qəbələ" Avropa Kuboklarına da təşnədi. İnşallah, o təşnəni də söndürərlər və bir gün UEFA-nın Kubokunu Qəbələyə gətirərlər.
Fariz Nəcəfov başda olmaqla Sənan Qurbanovu və bütün futbolçuları bu qələbə münasibətilə ürəkdən təbrik edir və bundan sonra həm Azərbaycan çempionatında, həm də Avropada daha böyük uğurlar arzulayırıq.
Komanda sözünün üstündə durdu və Azərbaycan Kubokunu Tale Heydərova hədiyyə etdi.
Hörmətlə
Aqil ABBAS