Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 11:09
Fevralın 9-da Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. Vətəndaşlar səsvermə hüququndan istifadə edərək parlamentə layiq bildikləri namizədlərə səs verirlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 14 saylı məntəqəsində səhər saatlarından seçici fəallığı müşahidə olunur.
Məntəqə sədri Nazim Behbudov bildirib ki, seçki məntəqəsində səsvermə qanunvericiliyə uyğun təşkil olunub, burada vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Məntəqədə 1290 seçici qeydiyyata alınıb. Seçicilər 11 namizəddən yalnız 1-nə səs verə bilərlər.
Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.