Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 13:40
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yüzlərlə insanın həyatına son qoyan epidemiyaya yeni ad verib.
Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, bundan sonra virus "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırılacaq.
Qeyd edək ki, bundan əvvəl virusa 2019nCoV deyilirdi.
Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 812 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib
ÜST epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.