Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksika nümayəndə heyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan edib

Meksika nümayəndə heyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan edib

Tarix: 10 Fevral 2020 14:42

Meksika nümayəndə heyəti də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, müşahidənin nəticələrini açıqlayan Meksika Parlamentinin deputatı Aqustin Qarsia Rubio bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri tam demokratik və şəffaf keçirilib: "Deputat olaraq demokratik seçkilərlə bağlı əsas konfedensiyaları açıqlamaq istəyirəm. Seçkilər bütövlük, dürüstlük və məsuliyyət konfedensiyaları əsasında formalaşmışdı.

Bu seçki Azərbaycan xalqına legitimlik verildi. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanınmışdı. Avtoritarlığın qarşısını almaq üçün vətəndaşların səsvermədə iştirakı mütləq idi. Azərbaycan vətəndaşlarının öz övladlarını prosesə cəlb etmək və seçkinin mahiyyətini onlara başa salmaq gələcəkdə bu prosesin daha demokratik və təkmilləşdirilmiş formada keçirilməsinə şərait yaradacaq.

Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də pripritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm. Hər bir Azərbaycan vətəndaşı Meksikada hörmətlə qarşılanacaq".


Etiketlər:  Meksika nümayəndə heyəti seçkilərin demokratik şəffaf keçirildiyini bəyan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ