Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 17:54
Rusiyada dövlət işində çalışarkən ''Playboy'' jurnalında fotoları yayımlanan məmura yeni vəzifə verilib.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, Rusiyada dövlət məmuru 27 yaşlı Anna Anufrieva ''Playboy'' jurnalında çılpaq fotoları yayımlandığına görə işdən qovulub. Tumendə yaşayan gənc qadın yaxın dostunun təkidi ilə yarışma üçün çılpaq fotolarını ''Playboy''a göndərib.
Jurnalın təşkil etdiyi yarışmada 2-ci yerin qalibi olan Anna onu vəzifədən qovacaqlarını düşünmədiyini deyib. Uzun müddət işsiz qalan gənc qadın yemək yeyəcək pulu qalmadığı üçün evini satmaq məcburiyyətində qalıb.
Yeni işə düzəlmək istəsə belə heç kəs açıq-saçıq fotoları yayımlanan keçmiş məmuru işə götürmək istəməyib. Heç yerdə iş tapmayan Anna tur şirkətində işləməyə qərar verib. O əvvəlki işinə görə dünyanı gəzməyi təxirə saldığını lakin indi bu xəyalını gerçəkləşdirə biləcəyini açıqlayıb.