Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsulin şəkər xəstələrinin gözünə vurulacaq – YENİ METOD

İnsulin şəkər xəstələrinin gözünə vurulacaq – YENİ METOD

Tarix: 11 Fevral 2020 23:27

Alimlər I tip diabet xəstələrində insulin hasil edən hüceyrələrin birbaşa gözə yeridilməsi metodunu icad edib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, I tip şəkər xəstəliyi mədəaltı vəzidə Lanqerqans adacıqlarının beta hüceyrələrinin parçalanası nəticəsində insulin sintezinin pozulmasıdır.

Bu fonda diabetin elə bir forması yaranır ki, xəstə artıq müntəzəm insulin iynəsi olmadan yaşaya bilməz.
Alimlər mədəaltı vəzidə olan donor hüceyrələrin xəstənin gözlərinə implantasiyası metodikası üzərində çalışır.

Yeni metoda görə donor hüceyrələr meyitdən alınıb, gözün ön kamerasına yeridiləcək. Bu hissə beyin və uşaqlıq kimi özünün immun müdafiəsi vardır ki, burda immun hüceyrələr yad hüceyrələrə qarşı dərhal kəskin reaksiya vermir. Gözün bu xüsusiyyəti imkan verir ki, hüceyrələr orqanizmə daxil ola bilsin.

Prosedur cəmi 25 dəqiqə çəkəcək.
Artıq metodun test olunması üçün könüllü xəstə qrupu seçilib.

Heyvanlar üzərində təcrübə göstərib ki, bu metodan 3 ay sonra beta hüceyrələr insulinsiz sintez olunmağa başlayıb.


Etiketlər:  İnsulin şəkər xəstələrinin gözünə vurulacaq YENİ METOD


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ